Ziyafət Əsgərov: “Ermənistan oyuncaq dövlətdir”

0
15

“Azərbaycan oyuncaq dövlət deyil. Ancaq Ermənistan oyuncaq dövlətdir. Çünki verəcəkləri heç nə yoxdur. Kim nə deyir, ona da baş üstə deyirlər. Biz hələ bu qədər inkişaf edə-edə problemlərlə üzləşirik. Bəs inkişaf etməsəydik vəziyyət necə olardı?”.

AnTV.az xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan Azərbaycan ərazisində ikinci erməni dövləti yarada bilməz:

“Ermənilər bir dəfə müqəddəratlarını həll ediblər. Ona görə də üzümü onlara tutub deyirəm ki, bir halda ki bu məsələnin həllində israrlısınız, o zaman kompramis variant təklif edə bilərik. Yalnız ərazi bütövlüyümüz pozulmamaq şərti ilə muxtar statuslu dövlət yarada bilərsiniz. Necə ola bilər ki, bizim ərazimizdə yenidən ikinci dövlət yaratmaq istiyirsiniz?! Azərbaycanın siyasəti müstəqildir. Azərbaycan onunla müstəqil dövlət kimi davranılmasını istəyir. Ona görə də Azərbaycanı istəmirlər. Ermənistan iqtisadiyyatı zəif, qondarma dövlətdir, hər şeylə razılaşır. Ona görə də Azərbaycanın yolu inkşaf olmalıdır”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin