Zeynəb Xanlarovanın da konserti təxirə düşdü

0
5

Xalq artisti Zeynəb Xanlarovanın da solo konserti koronavirusa görə başqa vaxta keçirilib.

AnTV.az xəbər verir ki, 18 mart tarixinə planlaşdırılan konsert proqramı 3 mayda baş tutacaq.

Təşkilatçılar bildirib ki, “Dünyanın Zeynəbi” adlı konsertin tarixinin dəyişilməsi sənətkarın öz qərarıdır:

“Bakı Konqres Mərkəzində baş tutacaq “Dünyanın Zeynəbi” proqramında tarix xaricində heç bir dəyişiklik yoxdur. Konsertin tarixinin dəyişilməsi Zeynəb xanımın şəxsən öz qərarıdır. Sənətkar bu addımı ilə koronavirusundan qorunmaq məqsədi ilə atır. 

Nəzərdə tutulan solo konsertin  3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq Zeynəb xanımın bu qərarı ən doğru addımdır”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin