Zeynal Nağdəliyevin bacısı oğlu içib dava saldı

0
298

 Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb. Bu barədə jurnalist Eynulla Fətullayev xəbər verir.

AnTV.az virtualaz.org-a istinadən xəbər verir ki, millət vəkili jurnlistin gözü qarşısında dava salıb və o həmin vaxt sərxoş vəziyyətdə olub.

Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Kamran Nəbizadə

Sözügedən millət vəkili K.Nəbizadə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin bacısı oğludur

Zeynal Nağdəliyev

  Nurlan Cəfəri

  AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin