Zərəçəkən sahibkar : “Nazir villasının birini satsa, zərərimizi ödəyər” – VİDEO

0
42

İş adamları Kəmaləddin Heydərovun villalarından birinin satılaraq onlara dəymiş ziyanların ödənməsini tələb edir.

AnTV.az xəbər verdiyi kimi, “Diqlas” Ticarət Mərkəzində bütün əmlakları yanan sahibkarlar bu gün Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovla görüş keçiriblər.

Görüşdə sahibkarlar icra başçısından dəymiş ziyanın kompensasiyasını tələb ediblər.

Toplantıdakı sahibkarlardan birinin etdiyi çıxış isə alqışlara səbəb olub. Onun çıxışı hazırda sosial şəbəkələrdə ən çox paylaşılan videodur:

O, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu nəzərdə tutaraq deyib: “Nə edirlər etsinlər.  24 yaşında oğlum var. Qoy tutub aparsınlar.  Nazirin oturduğu bir villanı satın, zərərimizi ödəyin”.

Bu zaman icra başçısı onun çıxışını dayandırmaq istəsə də, buna nail ola bilməyib:

Demokratik ölkədə yaşamırıq? İmkan verin, danışaq. Hamı evində rahat yatır, biz dünəndən yatmamışıq,  yatmayacayıq da. Ta ki, bizim səsimiz lap yuxarıya çatana qədər.  Prezident bir dəfə əlini qaldırsın “Villanı, xarabanı sat” desin.  

Xahiş edirəm, artıq bizə “dözün” deməyin. Bu, dövlətin ən klassik sözüdür. Nə qədər səbr edəcəyik? Qarabağ getdi, səbr edin, ac qaldıq, səbr edin. Biz də indi bunu uşaqlarımıza aşılayırıq. İndi nə deyəcəyik? “Bala, dükan yanıb məktəbə ayaqqabsız get”, “ Müəllimə de, ayın axırı pulunu verə bilməyəcəm, istintaqım gedir”. Mal yanmadı, bizim evimiz, illərimiz, əziyyətimiz yandı. Siz deyirsiniz ki, dövlət hüququnuzu qoruyacaq. Hanı dövlət? Dünəndən küçələrdəyik. Başqa ölkələrdə deputatlar, dövlət adamları belə hadisə olanda camaatın yanına gəlir”.

Xanımın çıxışı alqışlarla sona çatıb.

Həmin görüntüləri təqdim edirik:

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin