Zaqatalada mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

0
27

Zaqatalada sərnişin daşıyan mikroavtobus qəzaya düşüb.

AnTV.az ONA-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan mikroavtobus rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə xəsarət alan bir-neçə sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin