Zakir Həsənov koreyalı səfir ilə görüşdü

0
4

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.

AnTV.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Tərəflər hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Koreyalı səfir Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin