Bu məktəblər bağlanılmalıdır- Ekspert

0
204

 

Hazırda ölkəmizdə 1.6milyon şagird orta ümumtəhsil məktəblərində təhsil alır və bu şagirdlərin 99%-nin təhsil xərcləri dövlət büdcəsindən ayrılır. Dünyanın bir çox ölkələri artıq ödənişli təhsilə keçib. Bu zaman şagirdin təhsil xərcləri ya valideynləri tərəfindən, ya da dövlət büdcəsindən dolayı yollarla qarşılanır.
Azərbaycanda orta ümumtəhsil məktəblərinin ödənişli olması ölkə iqtisadiyyatının inkişafı, eləcə də təhsilin keyfiyyətinin artması üçün nə dərəcədə doğrudur? AnTv.az olaraq bu suala cavab tapmağa çalışdıq.

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı fikirlərini bildirdi: ” Çox aktual mövzuya toxunmusunuz. Hazırda dövlət büdcəsindən ayrılan ən çox 2-ci vəsait təhsilədir. Azərbaycan regionda yeganə ölkədir ki, təhsilə ayrılan vəsait qonşu dövlətlərinin büdcəsindən belə çoxdur. Azərbaycanda təhsilə kifayət qədər vəsait ayrılır. Lakin bu gətirib keyfiyyətə çıxarmır. Çünki, təhsil verənlərimiz keyfiyyətsizdir. Hazırda bizim 4472 orta ümumtəhsil məktəblərimizdə çalışan müəllimlərimizin bacarıqları nə əmək bazarının, nə də müasir standartların tələblərinə cavab verir . Ona görə də onlar öz bacarıqlarını şəxsi kapitalının artılmasına sərf edirlər . Yəni, onları ödənişli məktəbə keçirsəniz belə, rüşvət alacaqlar, almayan müəllim az əməkhaqqısı ilə də almayacaq. 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanuna görə hər bir məktəbin şəxsi hesabı ola bilər . Ən optimal variant da isə hazırda təhsilə kifayət qədər vəsait ayrılır amma bunu adambaşına maliyyələşməyə keçirtmək və təhsil müəssisəsinin seçilməsini valideynin ixtiyarına buraxmaq lazımdır. Bu zaman məktəblər uşaqları cəlb etmək üçün məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Dövlət büdcəsindən müəllimlərə maaş verilir və onlar büdcədən asılı olur. Biz bunu dəyişsək müəlim məcbur olub keyfiyyətli təhsil verəcək və valideynləri uşaqlarını repititor yanına göndərməkdən çəkindirəcək. Maliyyələşməni həyata keçirtmək üçün isə bizim məktəb direktorlarımız keyfiyyətli olmalıdır amma baxın, bizim məktəb direktorlarımızın bazar müdirlərindən fərqli cəhəti və təhsilin keyfiyyətinin artmasına maraqları yoxdur . Biz, hazırda başlamalıyıq tədris aparanların keyfiyyətini artırmağa, ardınca isə məktəbi idarəedən şəxslərin potensialını artırmağa və bundan sonra adambaşına maliyyələşmə sistemini həyata keçirsək, qeyd edilən neqativ hallar aradan qalxar.

Bəs, keyfiyyətli tədris apara bilməyən müəllimlərlə mübarizə necə aparılmalıdır?
Problemin kökündə 2 həll dayanır. Hər il orta məktəblərdə çalışan müəllimlər imtahandan keçməli və nəticələri zəif olan müəllimlər sistemdən uzaqlaşdırılmalıdır. Bu zaman müəllimlər keyfiyyətli olmağa məcbur olacaq. 2-ci bir tərəfdən isə orta ümumtəhsil məktəblərində buraxılış və qəbul imtahanlarında zəif nəticə göstərən məktəblər bağlanılmalıdır. Bizim müəllimlərin bilikləri üçün diaqnostik qiymətləndirmə imtahanı keçirildi. 151 min müəllimdən 8 min nəfərinin diplomu saxta idi. Təsəvvür edin ki, xarici ölkələrdə olanda deyirik ki, “saxta diplom”lu müəllim onlar bunu başa düşmür. Təhsil Nazirliyi isə bu şəxsləri işdən çıxartmır. Özünüz düşünün ki, 0, 1, 2, 5 bal toplayan müəllim tədris aparır. 5 bal yığan müəllim şagirdə nə öyrədəcək? ”

İqtisadçı Natiq Cəfərli isə mövzu barədə belə qeyd etdi: “Əslində konstitusiyamızda təhsil haqqında qanun var ki, orta təhsil ödənişsizdir. Siz dediyiniz formaya keçmək üçün hüquqi prosedurlar çətindir. Lakin, referendum vasitəsi ilə bu qanuna keçmək olar. Ödənişli təhsilə keçmək isə cəmiyyət tərəfindən bir mənalı qarşılanmaya bilər amma belə etmək olar ki, dövlətin təhsil üçün xərclədiyi vəsaiti şagirdin valideyninə qeyri-nəğd formada çatdırmaq olar. Bu halda valideynin seçim imkanları yaranır. Ya özəl məktəbləridə, ya da dövlət məktəblərində öz övladlarının təhsil almasına qərar verə bilər. Dövlət büdcəsindən hər şagirdin illik təhsil xərci kimi 900-950 manat vəsait ayrılır. Bu da məktəblər arasında rəqabət mühitini yaradacaq. Bu zaman məktəb direktorlarının pedaqoq olmasına ehtiyac yoxdur. Belə bir metod mümkündür, eyni zamanda isə bir sıra müsbət cəhətləri var. Misal üçün, korrupsiya əməllərinin qarşısı alınır, müəllimlərin maaşları artır və s. Bir çox hallarda büdcədən ayrılan həmin 900-950 manat tam olaraq məktəblərə çatmır, təmir-tikinti və s. kimi proseslər vasitəsilə həmin pul xərclənir.
İqtisadi cəhətdən baxsaq, daha yüksək maaş alan şəxs daha çox vəsait xərcləyir və ticarət dövriyyəsi artır. Bu da ölkə iqtisadiyyatına çox pozitiv təsir göstərə, eyni zamanda büdcə xərcləmələrinin effektivliyini artırıb, korrupsiya hallarının qarşısını ala bilər.”

Fərid İmran
AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin