Yevlaxda silahlı insident – Ölən var

0
10

Yevlax rayonunda silahlı insident nəticəsində 1 nəfər qətlə yetirilib.

AnTV.az xəbər verir ki, hadisə rayonun Ərəbbəsrə kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən fermaların birində qarolçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zaman naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.

Qətlə yetirilmiş şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin