Yevlaxda avtobus qəzasında 11 nəfər yaralanıb

0
17

Yevlax rayonunda mikroavtobusla “VAZ-2107” markalı avtomobil toqquşub.  AnTv.az-ın xəbərinə görə,  hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı mikroavtobusla “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb.

Yaralılar Yevlax və Mingəçevirdə xəstəxanalara yerləşdiriliblər.

Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Elçin oğlu Məmmədov,
Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü Mehman Ramiz oglu Əbilov,
Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Murad İdris oğlu Məmmədov,
Mingəçevir şəhər sakini, 1975-ci il təvəllüdlü Zaur Yamən oğlu Məmmədov,
Yevlax rayonr sakini, 1966-cı il təvəllüdlü Şəfi Mürsəl oğlu Əliyev,
Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Aynur Əfəndi qızı Abdullazadə,
Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Rüfət Qabil oğlu Abdullazadə,
Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Cəmilə Xosrov qızı Gülüstani,
Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Həcər Bəylər qızı Süleymanova,
Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Sadiq Nadir oğlu Məmmədov,
Yevlax rayonr sakini, 1968-ci il təvəllüdlü Etibar İbrahim oğlu Yüsibov.

Qeyd edək ki, bu, sərnişin daşıyan nəqliyyatın iştirakı ilə ilk belə qəza deyil.

Belə ki, oktyabrın 1-də Bakının Binə qəsəbəsinə gedən 160 saylı xətt avtobusunun qatarla toqquşması nəticəsində 3 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Noyabrın 7-də Gəncədə şəhər daxilində sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ-21015” markalı minik avtomobili toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Gülnaz Qənbərli

AnTv.az             

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin