Yerevanda Putinlə gürcü jurnalist arasında gərgin anlar yaşandı

0
28

Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından əvvəl Rusiya Prezidenti Vladimir Putinlə “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

AnTV.az yerli mediaya istinadən xəbər verir ki, Putin Şuranın keçirildiyi binaya daxil olarkən gürcü jurnalist ona səslənərək “Rusiya nə zaman öhdəliklərini yerinə yetirəcək? Öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracaq?” deyib.

Putin isə gülümsəyərək “Rusiya öz öhdəliklərini yerinə yetirir” deyə cavab verib.

Jurnalist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin