Yeni Zenlandiyadakı terrorda ölənlərə yas mərasimi keçirilib: tükürpədici görüntülər

0
12

Yeni Zelandiyanın Kraystçerç şəhərində ötən həftə Brenton Tarrant adlı cinayətkar tərəfindən törədilən dəhşətli terror aktı zamanı həlak olanların yas mərasimi keçirilir.

AnTV.az xəbər verir ki, yas mərasimində yüzlərlə insan bir araya gəlib.

Kraystçerç şəhərinin sakinləri göz yaşları içində faciədə ölən şəxsləri son mənizlə yola salıb. Tarixinin ən dəhşətli olayını yaşayan ölkədə bütün dini mənsubiyyətə sahib insanlar iştirak edib.

Dəfn mərasimlərinə qatılan bütün qadınlar baş örtüyü geyinib. Hətta məzarlığın qapısında gözləyən polis qadınlar da baş örtüyündən istifadə edib.

Həlak olanlar üçün torpaq üzərində cənazə namazı qılınıb.

Ölkə tarixinin ən qaranlıq günlərini yaşadıqlarını deyən baş nazir Yasinda Ardern yeni silah qanunu qəbul edib. O, yarım-avtomatik və hücum silahlarının istifadəsini qadağan edib. Belə silaha sahib olanlar sosial media vasitəsilə polislə əlaqə quracaq. Polisə silahlarını təslim etməyənlər isə 3 il həbs və 4 min dollar cərimə ödəməklə cəzalandırılacaq. Hökumət yığılan silahların ödənişini vətəndaşlara verəcək.

Qeyd edək ki, sözügedən terakt AR-15 yarım-avtomatik silahla gerçəkləşdirilmişdi. Hadisə nəticəsində 51 nəfər ölmüşdü. Hazırda 29 yaralı xəstəxanalarda müalicə alır.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin