Siyasət

"Yeni təmas xətti olmayacaq!" - İlham Əliyev

“Mən dəfələrlə şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq, bizim şəhidlərin qanı yerdə qalmayacaq və qalmır”.

AnTV.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

O bildirib ki, biz qan istəmirik, biz istəyirik torpaqlarımız geri verilsin: “Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Mən dəyişdirdim status-kvonu, bax orada, döyüş meydanında. Təmas xətti... Yoxdur təmas xətti, yarmışıq onu. 30 il onlar bu təmas xəttini qururdular. Özü də o bölgənin relyefi belədir ki, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. 30 il ərzində beton istehkamlar qurulub, yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim, heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. İndi deyirlər yeni təmas xətti olacaq, olmayacaq. Biz torpaqlarımızı geri alacağıq. Təmas xəttini biz dağıtmışıq, biz eləmişik, iradə göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq. Və bu gün tarixi qələbə çalırıq”.