Yeni həftənin hava proqnozu açıqlanıb

0
5

Sentyabrın 16-dan 22-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

AnTV.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz

keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 3-8 m/s, gündüz cənub-şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti təşkil edəcək.

Sentyabrın 17-də

Günəşli.

Cənub-qərb küləyi 3-8 m/s, gündüz arabir 12-15 m/s, axşam şimal-qərb küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-28° isti təşkil edəcək.

Sentyabrın 18-də

Dəyişkən buludlu. Yağmursuz

Şimal-qərb küləyi 10-15 m/s, gündüz cənub küləyi 3-8 m/s, arabir 12-14 m/s.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti təşkil edəcək.

Sentyabrın 19-da

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq .

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti təşkil edəcək.

Sentyabrın 20-də

Dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-28° isti təşkil edəcək.

Sentyabrın 21-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir . Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 21-23° isti təşkil edəcək.

Sentyabrın 22-də

Dəyişkən buludlu. Yağmursuz.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərbküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-23° isti təşkil edəcək.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin