Yeni Azərbaycan Partiyası pulsuz efirdən imtina edib

0
8

Hakim Yeni Azərbaycan Partiyası 9 fevral parlament seçkilərində seçkiqabağı təşviqat çərçivəsində İctimai Televiziya və Radioda pulsuz efir vaxtından imtina edib. Partiyada bu addımı “bütün namizədlərə bərabər şəraitin” yaradılması istəyi ilə izah ediblər.

AnTV.az xəbər verir ki, Seçki Məcəlləsinə uyğun olaraq 60-dan çox seçki dairəsində namizədləri qeydiyyata alınmış partiyalar və seçki blokları efirdə pulsuz təbliğat aparmaq hüququna malikdir. Hazırda yalnız YAP belə bir hüquqa malik olub.

Müşahidəçilərin fikrincə, hakimiyyət TV-də real debatlarda və seçicilərin siyasi fəallığında maraqlı deyil.

YAP ilk dəfə deyil ki, TV-də təkbaşına təşviqat aparmaq imkanı qazandıqdan sonra efirdən imtina edir.

Qeyd edək ki, bütün milli və regional televiziyalar pullu əsaslarla seçkiqabağı təşviqatın aparılmasından  imtina ediblər.

Yalnız İTV pullu əsaslarla efir vaxtı ayırmağa hazır olduğunu bildirib  və çox yüksək tarif təyin edib: 1 saniyəyə görə 22 manatdan 65 manata qədər.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin