Yazıçılar Birliyinin binasında striptiz club fəaliyyət göstərir? – FOTO+VİDEO

0
274

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.

AnTV.az xəbər verir ki, “Hot Room Club” adı ilə fəaliyyət göstərən həmin klubda striptiz şou nümayiş etdirilir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər fəaliyyət göstərir.

Unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb.

Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib: O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin