Yaxın ölkələrdə minimum maaş nə qədərdir?

0
159

Martın 1-dən Azərbaycanda minimum əməkhaqqı 180 manata qalxır.

AnTV.az bildirir ki, minimum əməkhaqqı 2007-ci il fevralın 1-dən 50 manat; 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat; 2010-cu il sentyabrın 1-dən 85 manat; 2011-ci il dekabrın 1-dən 93,5 manat; 2013-cü il sentyabrın 1-dən 105 manat; 2017-ci il yanvarın 1-dən 116 manat olub.

2018-ci il yanvarın 1-dən minimum əməkhaqqı 130 manatdır.

Türkiyədə minimum maaş hazırda 2020 lirə (652 manat), Rusiyada 11 min 280 rubl (293 manat), Ermənistanda 55 min dramdır (190 manat).

2019-cu il yanvarın 1-dən Belarusda minimum əməkhaqqı 330 Belarus rublu (259 manat), Ukraynada 4173 qrivna (261 manat), Qazaxıstanda 42 min 500 təngə (191 manat) müəyyən olunub.

Gürcüstanda minimum əməkhaqqı anlayışı tətbiq edilmir. 2019-cu ildən ölkədə yaşayış minimumu 175 lari (112 manat) götürülüb.

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin