YAP funksionerindən Əli İnsanova dəstək

0
227

YAP funksioneri Əli Nağıyev Əli İnsanova dəstək oldu.

AnTV.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev həbsdən yenicə çıxmış sabiq həmkarı Əli İnsanovun müdafiəsinə qalxıb.

Biz, Əli İnsanovla çətin günlərin dostu olmuşuq. Bizim şəxsiyyət olaraq, hər zaman bir-birimizə qarşı sağlam və xeyrxah münasibətimiz olub. Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə, 1992-ci ildə direktoru işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə İnstitut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi.
Yaxşı yadımdadır, Heydər Əliyevin çətin vaxtlarında Əli İnsanovun hökumət binasında üç otaqlı evi var idi. Əli İnsanov bəyan etdi ki, mən o evi Heydər Əliyevə verirəm, o, Naxçıvandan Bakıya qayıtsın.
Mən, Əli İnsanovla bu cür çətin günlərin dostu olmuşam. Mən, o çətin günlərin dostluğuna arxa çevirə bilmərəm. Xüsusilə də, heç vaxt Əli İnsanovla düşmən olmamışam və heç zaman düşmən olmaram!
Bundan əlavə, Əli İnsanov və Əli Nağıyev bir şəxsiyyət kimi dəfələrlə bir-birimizə qarşı xeyrxahlıq etmişik. Mən, bunları dana bilmərəm.
Ümumiyyətlə, Əli Nağıyev olaraq, dönüklüyü və haqqı danmağı insanlıq üçün ən böyük rəzalət və alçaqlıq hesab edirəm.” – deyə Əli Nağıyev qeyd edib.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin