Gündəm

"Ya bu dəfə, ya heç vaxt!" - Rəsul Quliyev

"Ya bu dəfə, ya heç vaxt!" 

AnTV.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Qarabağ müharibəsindən yazıb.

Rəsul Quliyev: "Azərbaycan Prezidenti və onun yaxın ətrafının qətiyyətli bəyanatları yumruğa çevrilmiş Azərbaycan xalqının qalib gələcəyinə inamı formalaşdırıb."

Sözügedən yazını oxucularımıza təqdim edirik:

"İlk növbədə Azərbaycan xalqının heç vaxt belə yumruq kimi birləşməsini tarix görməyib. Nə 1918-ci il daşnak-bolşevik Şaumyanın azərbaycanlıların soyqırımını təşkil etdiyi vaxt, nə ikinci dünya müharibəsində, nə də ermənilərin 90-cı illərdə torpaqlarımızı işğal etdikləri vaxt.

Azərbaycan Prezidenti və onun yaxın ətrafının qətiyyətli bəyanatları yumruğa çevrilmiş Azərbaycan xalqının qalib gələcəyinə inamı formalaşdırıb. Bu gün torpaqlarımızı azad edən Azərbaycan əsgərlərinin ən azı 60%-i Qarabağın bizim torpaqlar olduğunu xəritədən bilirdilər. Bu gün isə onlara qanları bahasına Azərbaycan torpaqlarını birinci dəfə görmək şərəfi nəsib olubdur. Bu şərəfli yollarını onların Şuşada qeyd edəcəklərinə hamımız inanırıq. Azərbaycan xalqına bu gün ancaq bir şüar yaraşır: "Ya bu dəfə,Ya heç vaxt!"