Sosial

Xocalıda girov götürülən 16 yaşlı Cavanın başına gətirilən müsibətlər - VİDEO

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itgin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı növbəti videomüraciət yayıb.

AnTV.az xəbər verir ki, budəfəki videomüraciətdə 1992-cı il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itgin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.

"Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və baçımız düşmənə əsir düşüb. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etməyib", məlumatda bildirilib. Musavat