Xocalı Soyqırımına görə 2699 zərərçəkmiş var – Rəsmi

0
12

Hərbi Prokurorluqda Xocalı Soyqırımının anım mərasimi keçirilib

AnTV.az xəbər verir ki, soyqırımla bağlı 7 min istintaq hərəkəti həyata keçirilib.

Xocalı Soyqırımı istiqaməti üzrə aparılan cinayət təqibi zamanı 7000-ə yaxın istintaq hərəkəti həyata keçirilib, o cümlədən 1771-i şahid və 2699-u zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif ekspertizalar həyata keçirilib, digər istintaq hərəkətləri icra olunub.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zehni, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımı barədə geniş çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış soyqırım haqqında “Əsrin faciəsi” rəqəmsal video diski nümayiş etdirilib.

Sonda Xanlar Vəliyev aparılan səmərəli fəaliyyət nəticəsində dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını artıq yaxşı dərk etdiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin müdrik siyasəti və qətiyyətli siyasi iradəsi sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyivə xalqımıza qarşı xüsusilə ağır cinayət törədən şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi günün uzaqda olmadığını bildirib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin