Xocalı soyqırımı Misirdə tədbirlərlə anıldı

0
11

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyində anım mərasimi keçirilib.

AnTV.az xəbər verir ki, tədbirdə ölkəmizin Misirdəki səfiri Tural Rzayev Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə ətraflı məlumat verib.T.Rzayev Xocalıda dinc insanlara qarşı törədilmiş qətliamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirərək, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşdüyünü vurğulayıb.Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarının indiyədək heç bir müsbət nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqələndirib.Akademik Yaqub Mahmudov çıxış edərək erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından bəhs edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam etdiyini qeyd edib.Akademik tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidənin, İslam tarixi irsinin məhv edildiyini və Azərbaycana aid toponimlərin saxtalaşdırıldığını diqqətə çatdırıb, bu vandalizmə qarşı elmi müstəvidə birləşməyin vacibliyini söyləyib.Tədbir çərçivəsində diaspora mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımları pisləyən çıxışlar edib və Səməd Vurğunun “Azərbaycan” adlı şerini səsləndiriblər.Anım mərasimində Xocalı soyqırımını əks etdirən kitablar nümayiş etdirilib.Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində keçirilən anım mərasimi Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılıb.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin