Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır -FOTO

0
18

Dörd gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları axtarılır.

AnTV.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qəzada ölən qadının meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən 4 gün keçməsinə baxmayaraq onun yaxınları hələ də tapılmayıb.

Fotodakı qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin