Xəstəxanaya yerləşdirilən dünya çempionunun səhhəti yaxşıdır

0
1

Böyrək çatızmazlığından əziyyət çəkdiyi üçün Türkiyəyə aparılan dünya çempionu Ayxan Mamayevin səhhəti yaxşıdır.

AnTV.az Musavat.com-a istinadən xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçi sağlamlığı barədə sosial şəbəkədə paylaşım edib:

“17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin