Xəstəxanada özünü yandıran şəxs APREL DÖYÜŞÇÜSÜ imiş

0
869

Xəbər verdiyimiz kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında övladını xəstəxanaya gətirən ata orada üzləşdiyi biganə münasibətə və özbaşınalığıa etiraz əlaməti olaraq özünü benzinlə yandırıb.

AnTV.az xəbər verir ki, özünün yandıran şəxs şəhər sakini, aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılovdur. Adıçəkilən şəxs 4 yaşlı övladı Səxavət İsmayılovu keçirdiyi sudrğa səbəbi xəstəxananın Acil şöbəsinə gətirib.Ancaq xəstəxanada tibbi personalın saymazyana və biganə münasibəti atanı narahat edib və sərgilənən davranışa etiraz edib. Bu zaman Elxan adlı həkimlə aralarında mübahisə yaranıb.Ardınca isə xəstəxananın mühafizəçiləri ona zor tətbiq ediblər.

Üzləşdiyi vəziyyətdən ağır sarsıntı keçirən keçmiş döyüşçü İmamverdi İsmaylılov üzərinə benzin tökərək özünə qəsd edib. Onu söndürməyə çalışan atası Səxavət İsmayılov da müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hazırda reanimasiya şöbəsində olan İmamverdi İsmayılovun vəziyyəti ağırdır.Onun bədəninin 60 faizinin yandığı bildirirlir.

Yaxınlarının bildirdiyinə görə,özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciətlər etsə də düzgün müayinə-müalicə aparmayıblar və onu sadəcə yola veriblər.Xəstəxana rəhbərliyinin yaratdığı “idarəetmə”dən cana yığılan İmamveridi ötən gecə saat 23:27-də özünün Feyzbuk səhifəsində status yazıb.

 

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin