Xələf Xələfov yeni vəzifəyə təyin olundu

0
107

   Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

 AnTV.az xəbər verir ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əmək fəaliyyətinə 1991-1992-ci illərdə başlayan X. Xələfov Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi, 1992-1997-ci illərdə  Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi, 1997-2018-ci illərdə isə  Azərbaycan Xarici İşlər Nazirliyinin müavini vəzifələrində çalışmışdır.

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin