Xələf Xələfov Nazirlər Kabinetindən ayrıldı (AÇIQLAMA)

0
29
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi. Bəs X.Xələfov nazir müavini vəzifəsi ilə bərabər, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini də daşıyacaqmı?
AnTV.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva bildirib ki, bundan sonra X.Xələfov nazir müavini kimi fəaliyyət göstərəcək: “Artıq X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib. Qanunvericiliyə görə, o, iki vəzifəni tuta bilməz. Bundan sonra Xələf müəllim nazir müavini vəzifəsində fəaliyət göstərəcək”. 
Leyla Abdullayeva həmçinin bildirib ki, X.Xələfov Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsi ilə bağlı ciddi işlər aparacaq.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin