“Xalqın heç bir partiyaya borcu yoxdur” – İlqar Məmmədovdan ReAl üzvlərinə ÇAĞIRIŞ

0
23

“ReAl-ın bəzi üzvləri hakimiyyətin xalqa laqeyd yanaşmasına görə xalqı qınayırlar. Deyirlər, guya iki ay əvvəlki parlament seçkisinə xalq yetərincə sayda gəlmədiyi üçün belə rəftara layiqdir. Bu cür münasibəti dərhal dayandırmağı tövsiyyə edirəm. Kimsə Azərbaycan xalqını qınamasın”.

AnTV.az xəbər verir ki, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, son 1,5 ildə vətəndaşları seçkiyə səfərbər edən sürəci Respublikaçı Alternativ yaratmasaydı, fevralda səsverməyə heç 5 faiz də gəlməyəckdi: “Amma 15-20 faiz gəldi. Deməli bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik ki, gələn dəfə daha çox adam gəlsin. Təkrar edirəm, 50-70 faiz seçici gələndə o səsverməni saxtalaşdırmağa kiminsə cəsarəti çatmaz, çatarsa da azı 100 min insan meydanda dinc demokratik etiraz mitinqində duracaq. Bir daha: xalqın heç bir partiyaya nə seçkidə iştirak, nə də mitinqə çıxmaq borcu var. Ümumiyyətlə, xalqın heç bir partiyaya borcu yoxdur. Hazırda isə seçkidə qazandığımız uğuru möhkəmlədək, mübarizə üsullarımızı inkişaf etdirək. Karantin tədbirləri qurtarsın, bu münasibəti Qurultayda bir daha təsdiqləyərik”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin