Xalq artistinin oğlu yenidən həbs edildi

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib.

AnTV.az xəbər verir ki, Orxan Nadirovu oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkənin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

İlhamə Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib.

Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.