Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib

0
25

Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub.

AnTV.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Arif Babayev xaricdə müalicə aldığı üçün tədbirə qatılmayıb. Daha sonra Xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşulub və öz fikirlərini bölüşüb.

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanaların birində ayağından əməliyyat olunub.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin