Gündəm

“WhatsApp” və “Facebook”la bağlı araşdırma başlanıldı

Türkiyənin antiinhisar komitəsi “WhatsApp” və “Facebook” sosial şəbəkələrinə qarşı araşdırmaya başlayıb.

AnTv.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, buna səbəb şəbəkələrin yeni məxfilik siyasətidir.

Türkiyənin antiinhisar komitəsi “WhatsApp”ın istifadəçilər üçün nəzərdə tutulan yeni razılaşmasının da tətbiqini dayandırıb.