Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib

0
32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdə keçirilən “Avrasiya həftəsi” tədbirində iştirak edib.

AnTV.az-a İİTKM-dən verilən xəbərə görə, o, OECD-nın “Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə diversifikasiyanın aparılması” mövzusunda hesabatın təqdimatı mərasimində çıxış edib.

İİTKM-in icraçı direktoru Azərbaycanda sahibkarlığın təşviqi, xarici ivestorlar üçün yaradılmış şərait, iqtisadiyyatın yeni drayverləri və şaxələndirmə siyasəti barədə də danışıb.

V.Qasımlı Azərbaycanda KOS-un maliyyəyə çıxışı, qərarların qəbulunda vətəndaş iştirakçılığı, siyasətin vəkilliyi, iqtisadi islahatların inklüzivliyi, dövlət-özəl dialoqu və nəticə-əsaslı monitorinq barədə iştirakçılara məlumat verib. Azərbaycanın “Doing Business” hesabatında dünyada “ən islahatçı” ölkə statusunu qazanması təcrübəsi də digər ölkələrlərdən olan nümayəndə heyətləri ilə müzakirə olunub. Azərbaycana həsr edilmiş sessiyada OECD Avrasiya Rəqabət Proqramının, OECD üzv ölkələrinin, akademiyanın, işgüzar dairələrin, əsas beynəlxalq tərəfdaş təşkilatların və vətəndaş cəmiyyətinin 13 ölkəsindən nümayəndələr iştirak edib. Vüsal Qasımlı həmçinin Gürcüstan üzrə hazırlanmış hesabatın müzakirəsində və Şərqi Avropa və Cənubi Qafqaz üzrə müzakirələrdə də çıxış edib.

“Avrasiya həftəsi”ndə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da iştirak edib.

Gülnaz Qənbərli

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin