Vitse-spiker Fazil Mustafaya əsəbiləşdi

0
53

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzovun deputat həmkarı Fazil Mustafanı tənqid etməsinə iclasa sədrlik edən Birinci vitse-spiker Ziyafət Əsgərovdan da dəstək gəldi.

AnTV.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, vitse-spiker F.Mustafanın Milli Məclisə ünvanlı tənqidi fikirlərinə kəskin reaksiya verdi. Bildirdi ki, bütün millət vəkillərinin çıxışları, səsləri Milli Məclisin iclasında yazılır:

“Kim istəsə, öz çıxışını götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır. Həm də deyir ki, müxalifət iqtidarı ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki?!”.

Z.Əsgərov ardınca onu da vurğuladı ki, Fazil Mustafa bütün günü televiziyaların efirində olan o deputatlardandır:

“Bütün günü sosial şəbəkələrdədir”. Vitse-spiker bu kimi fikirləri səsləndirərkən diqqətli olmağı məsləhət gördü.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin