Vilayət Eyvazov onu rəis müavini təyin etdi

0
39

Samux Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

AnTV.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Cavid Məmmədov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, C.Məmmədov bundan əvvəl Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili işləyib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin