Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edib – ƏMR

0
25

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.

AnTV.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov yanvarın 31-də təqaüdə göndərilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin