Xəbərlər

Vanetsyan elan etdi: Qarabağ razılaşmasına qarşı...

Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Ermənistan Baş naziri Nikol Paşinyanın müxalifətin Qarabağla bağlı 9 noyabrda imzalanan Bəyanatı ləğv etmək istəyi barədə açıqlamasını təkzib edib.

AnTv.az xəbər verir ki, A.Vanetsyan bu barədə İrəvanda bu gün keçirilən mitinqdə danışıb.

O deyib ki, heç kəs Qarabağ razılaşmasını ləğv etməyə hazırlaşmır:

“Biz sadəcə, müharibəni uduzan şəxs kimi Nikol Paşinyanın istefa verməsini tələb edirik”.

Vanetsyan, həmçinin onu da qeyd edib ki, Qarabağda müharibənin başlamasına səbəb Paşinyanın bərbad xarici siyasəti olub.