Vəziyyət təhlükəlidir – HACIBALA ABUTALIBOV

0
75

Bakının Səbail rayonu ərazisində, Badamdar qəsəbəsi – 20-ci sahə yolunda oktyabrın 12-də aktivləşən sürüşmə prosesi hələ də davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qərargahının yaydığı məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib:

“Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir”.

Hadisə yerində olan Baş nazirin müavini Hacıbala Abutalıbov jurnalistlərə deyib ki, vəziyyət təhlükəli və ürəkaçan deyil.

“Bu gecə yuxarıdakı 11 evin hamısında 20-30 metrlik çatlar və yarğanlar yaranıb. Ümumu sahəsi 300-ün 500 metrə səviyyəsindədir. Sürüşmə kütləsinin çəkisi 1000 tona yaxınlaşıb, dünənə nisbətən artıb və bu kütlə hərəkətdədir. Qazılan 11 quyudan beşi işləyir, suyun səviyyəsi 232 metr yuxarı qalxıb”

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin