Universitet hələ də susur – ÖZƏL

0
67

Təhsil Nazirliyi və univeristet hələ də susur.

AnTV.az xəbər verir ki, bu gün redaksiyamıza Azərbaycan Dövlət İqtisad Universitetin 4-cü kurs tələbəsi Əminə Məmmədova təhsil aldığı müəssisənin yeməkxanası ilə bağlı öz etirazını bildirib.

Tələbə qeyd edir ki, yeməkxanadan tələbələr doğru istifadə edə bilmir, qiymətlər digər universitetlərlə müqayisədə həddindən artıq yüksəkdir.

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Xəlilov problemi elektron poçt vasitəsilə ona göndərməyimizi və anındaca cavab verəcəyini bildirdi. Lakin hələ də Azərbaycan Dövlət İqtisad Universitetindən heç bir cavab ala bilməmişik.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Xəlilov

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, əksər universitetlərdə bu kimi problemlər var və rektorlar isə bu problemləri aradan qaldırmaqda maraqlı deyil.

Təhsil üzrə ekspert Kamran Əsədov

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin