UNEC-in tələbələri və məzunu Avropa Parlamentində təcrübə keçəcək

0
23

UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

AnTV.az-a UNEC-dən verilən məlumata görə, Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 nəfər tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyənləşib. UNEC-in 3 tələbəsi və bir məzunu müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.

Qaliblər “SABAH” mərkəzi, marketinq ixtisası, 4-cü kurs tələbəsi Xəyal Məmmədli, Rus İqtisad Məktəbi beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs tələbəsi Emiliya Bayramova, Türk Dünyası İqtisadiyyat fakültəsi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs tələbəsi Yunis Şərifli  və UNEC-in məzunu Fərid Fərəcovdur.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin