“Ukrayna təyyarəsin İran raketlə vurub” – Donald Tramp bu versiyanı gündəmə gətirdi

0
12

ABŞ-ın yüksək ranqlı məmurları, o cümlədən Donald Tramp hesab edir ki, Ukrayna təyyarəsinin İran raketi tərəfindən səhvən vurulması ilə bağlı ciddi şübhələr var. “CNN”in xəbərində belə deyilir.

AnTV.az “Musavat.com”a istinadən xəbər verir ki, bu versiya Ukrayna ilə İran arasında müzakirələr zamanı da ortada olub. O da məlum olub ki, havada partlayan təyyarə 3 il 6 ay əvvəl ilk dəfə səmaya qalxıb.

Bu versiyanı gücləndirən əsas amil odur ki, pilotların səsi qəfildən kəsilib. Və onların son səs yazısında hər hansı təlaş əlaməti hiss olunmur. Bu isə onu deməyə ciddi əsaslar verir ki, təyyarə bir anda partlayıb. Nəticədə 176 nəfər ölüb.

Hasan Shirvani/AFP/Getty Images
Cəmi 2 gün əvvəl “Yeni Müsavat” qəzetində 1988-ci ildə baş vermiş bir olay işıqlandırılmışdı. O vaxt ABŞ İranın sərnişin təyyarəsin raketlə vurmuşdu. O vaxt ölənlərin sayı 290 nəfər ölmüşdü.

Nicholas Kamm/AFP/Getty Images

İllərlə uzanan mübahisələrdən sonra Amerika həmin partlayışa görə məsuliyyəti öz üzərinə götürdü və hər bir ölmüş sərnişinin ailəsinə 213 min 103 dollar 45 sent kompensasiya ödədi…

Bu dəfə necə olacaq? Tarixin bu şəkildə təkrarlanması heç arzu olunan deyil.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin