Türkiyədə hissələrə bölünən sərnişin təyyarəsində Azərbaycan vətəndaşı da olub

Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək 3 hissəyə parçalanan “Boeing 737-800” tipi sərnişin təyyarəsində sərnişinlər arasında bir Azərbaycan vətəndaşı da olub.

AnTV.az xəbər verir ki, bu barədə NTV televiziyası məlumat yayıb.

Bildirlib ki, təyyarədəki 177 sərnişindən əksəriyyəti Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən “Pegasus” Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yolun kənarına yuvarlanıb.

Üç hissəyə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 21 nəfər yaralanıb.APA

 

AnTV.az