Türkiyədə 511.000 dövlət işçisi “FETÖ”çu iddiası ilə saxlanılıb

0
53

“FETÖ” əməliyyatından sonra Türkiyədə 511000 insan saxlanılıb.

AnTV.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu məlumat verib.

Statistikaya əsasən 3 ilə yaxın vaxt ərzində 511000 nəfər bu ittihamla saxlanılıb, onlardan 30821 nəfərə isə cinayət işi açılıb.

Saxlanılanlar arasında əsasən dövlət işçiləri, təhlükəsizlik işçiləri, kəşfiyyatçılar, universitet müəllimləri və media qurumları çoxluq təşkil edir.

Süleyman Soylu həmçinin bildirib ki, bu günə qədər müxtəlif nazirliklərdən 38578 nəfər işdən uzaqlaşdırılıb. Onlardan 31000 nəfər təhlükəsizlik, 4159 nəfər polis, 348 nəfər Sahil Qoruma Təhlükəsizliyi işçiləridir.

Bundan başqa nazir bildirib ki, dövlətin əlində FETÖ-ya məxsus 1 milyon 800 min sənəd var ki, bunlardan 1 milyon 400-ü sübuta yetirilib.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin