Türkiyə ilə Rusiya arasında görüş başa çatdı

0
8

Türkiyə və Rusiya heyətlərinin Ankarada İdlibdəki vəziyyətlə bağlı apardığı müzakirələr başa çatıb.

AnTV.az xəbər verir ki, Türkiyə xarici işlər nazirinin köməkçisi Sədat Önal, Rusiya prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Aleksand Lavrentiyev və Rusiya XİN rəhbərinin müavini Sergey Verşinin rəhbərliyi ilə iki ölkə heyəti arasında müzakirələrin sabah davam edəcəyi bildirilir.

Görüş Türkiyə Xarici İşlər Nazirliyinin binasında keçirilir.

Bundan öncə heyətlər arasında Ankara və Moskvada fikir mübadiləsi aparılmışdı.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin