Travmatologiya İnstitutunun həkimi “Heydər Əliyev Fondu”nu saymır?-Fondun əmri rədd edildi – ƏTRAFLI

0
124

“Heydər Əliyev” fondunun “Elmi-Tədqiqat Travmatoligiya və Ortopediya İnstitutu”-a göndərdiyi xəstə institutun həkimi tərəfindən rədd edildi.

AnTV.az xəbər verir ki, hadisə Sumqayıt sakini 22 yaşlı Mehriban Məmmədovanın başına gəlib.

Mehriban Məmmədova

AnTV.az-a şikayət edən xanımın bacısı Sevinc Məmmədova bildirir ki, bacısı xeyli vaxt imiş ayağında ağrılar hiss etdiyini, tez yorulduğunu və yerişini itirdiyini deyirmiş. Bununla bağlı Sumqayıtda yerləşən travmatologiya xəstəxanasında doktor Vilayət Xudiyevin qəbulunda olublar:

“Müayinələr, rentgenlər edilib və bildirilib ki, anadan gəlmə və ya sonradan gizli keçirlimiş hansısa xəstəlik üzündən sümüklərin inkişafında problemlər yaranıb. Diz oynaqları, və ombanın çanaqla birləşən hissələri düzgün inkişaf etməyib, bu da ayaqlarda uzun qısalıq yaradıb. Bu da öz növbəsində onurğanın nisbətən qısa olan ayağa tərəf əyilməyinə səbəb olur. Artıq onurğada ikinci dərəcəli əyrilik yaranmışdı. Həkim dedi ki əməliyyat olunmalıdır. Bud sümüyü sındırılacaq, ayağa dəmirlər qoyulacaq, bu həm qısa ayaq sümüyünün uzadılaraq digər ayağa çatdırılması, həm də oynaqların birləşməsindəki problemi aradan qaldıracaq. 6 ay müddətində o dəmir aparat ayağında qalmalıdır.

Biz isə özümüzdə bunu qarşılamağa maddi imkan olmadığı üçün “Heydər Əliyev Fondu”na müraciət elədik. 15gündən sonra cavab gəldi. “Sumqayıt Səhiyə Şöbəsi” bizi trovmotologiya instituna yönləndirdi. Orda bu işi Rauf əliyev görməli idi.”

Sumqayıt Səhiyyə Şöbəsinin göndərişi

Sevinc Məmmədovanın dediyinə görə, institutun həkimi Travmotoloq Orteped Ali Dərəcəli həkim, Uzman Rauf Ağayev əvvəl xəstəni qəbul etsə də, onun fond tərəfindən göndərildiyini eşidəndə müalicə etməkdən imtina edib:

Travmatoloq-ortoped Rauf Ağayev

“Əvvəlcə müayinə etdi sonra göndərişlə gəldiyimizi biləndə səsin atdı başına ki, mən göndərişlə bu əməliyyatı etməyəcəm. Pulunu verirsizsə edərəm. Gah dedi dövlət bizə ayağa qoyulmaq üçün olan dəmir aparatı vermir, gah dediki növbədə adam çoxdu, camaat ayları sürünür növbədə. Nuh dedi peyğəmbər demədi. Pulunu verməsəz əməliyyat etməyəcəm dedi. Məsələ ilə bağlı səhiyə naziliyinin qaynar xəttinə də zəng vurmuşam. Başqa nə edəcəyimi bilmirəm.”

Hətta Travmatoloq-orteped biraz da dərinə gedərək xəstəyə qəribə məsləhət də verib “ya pul ver əməliyyat edim ya da hündürdaban ayaqqabı ilə gəz”:

“Təkrar ərizə yazacağımızı dedik, o da ,,gedin hara kimə yazırsız yazın, mən bu əməliyyatı pulsuz etməyəcəm, əgər ayağın səni narahat edirsə hündür ayaqqabı geyin, ya da içinə ortopedik içlik qoy,, dedi. Əsəbləşib qapını çırpıb çıxdıq.”

Hal-hazırda durumu pisləşməyə doğru gedən xəstənin vəziyyəti necə olacaq və Rauf Ağayev “Heydər Əliyev Fondu”nun göstərişini saymayacaq dərəcədə güc sahibidi kimi suallar yaranır.

Bu suallara isə fondla əlaqə saxladıqdan sonra cavab tapmağa çalışacağıq. Ortada isə acınacaqlı durum var: “Heydər Əliyev Fondu” xəstəni “Elmi-Tədqiqat Travmatoligiya və Ortopediya İnstitutu”-na göndərib, adıçəkilən institutun sıradan bir həkimi isə fondun əmrini nəinki saymır hətta xəstəyə “istəyirsən get fonda şikayət elə, fondun göndərdiyi xəstəni müalicə etməyəcəm” deyir.

 

Məsələ ilə bağlı “Heydər Əliyev Fondu”nun münasibətini öyrənməyə çalışacağıq…

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin