Tramp: “Süleymani ABŞ səfirliyini partlatmaq istəyirdi” – VİDEO

0
11

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı.

AnTV.az “Report”-a istinadən xəbər verir ki, ABŞ prezidenti belə iddia ilə Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən çıxış edib.

“Belə deyəcəm – biz əsl bədheybəti tutduq. Biz onu zərərsizləşdirdik. Bu çoxdan çox olmalı idi. Biz bunu etdik, çünki onlar bizim səfirliyimizi partlatmaq istəyirdilər”, – dövlət başçısı deyib.

O, söhbətin ABŞ-ın məhz hansı diplomatik nümayəndəliyindən getdiyini açıqlamayıb.

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin