Tramp: “11 sentyabr terrorunu kimin təşkil etdiyini bilirəm”

0
18

ABŞ prezidenti Donald Tramp “ABC News” kanalına maraqlı, hətta sensasiya xarakterli açıqlamalar verib.

AnTV.az Musavat.com-a istinadən xəbər verir ki, aparıcı Corc Stefanapopulosa müsahibəsində Ağ Evin sahibi Əl-Qaidə terror təşkilatının öz üzərinə götürdüyü, 2001-ci ilin 11 sentyabrında baş verən terror hadisəsinə görə İraqın işğal edilməsinin gülünc olduğunu sölyəyib.

“Bunun arxasında İraq yox, başqa oyunçular var idi və onların kim olduğunu bilirəm”, – deyə Donald Tramp bildirib.

Xatırladaq ki, həmin tarixdə əksəriyyəti Səudiyyə Ərəbistan vətəndaşı olan 19 terrorçu Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzi və Müdafiə nazirliyinin Virciniya ştatındakı baş qərargahına (Pentaqon) sərnişin təyyarəsi ilə hücum etmişdi və nəticədə 3 min insan həlak olmuşdu.

Donald Tramp rəhbərlik etdiyi ölkənin Yaxın Şərqdəki hərbi fəaliyyətini də tənqid edib. O, buraya əsgər çıxarılmasını “ölkə tarixində verilən ən bərbad qərar” adlandırıb.
Yaxın Şərqi “bataqlıq” adlandıran ABŞ rəhbəri burada 8 trilyon dollar pul xərclədiklərini etiraf edib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin