Tovuzda yeniyetməni maşın vurub

0
3

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AnTV.az xəbər verir ki, qəza Bakı-Qazax yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Məhərəmov Nicat Firdovsi oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin