Tolik: “Kişiliyiniz varsa, zəng edin, canınızı alaram”

0
141

İnsan alverinə getmirəm, pis işlərlə məşğul olmuram…” – Tarix Əliyev

AnTV.az xəbər verir ki, adı insan alverində hallanan Tarix Əliyev açıqlama verib.

Açıqlama deyilir:

Televiziyada işləyən adamlara səslənirəm: Bizim verilişdə klipi təqdim etməyə qadağa qoyublar. Bir də eşitsəm ki, kiməsə klipi bizdə təqdim etməyə qadağa qoyursunuz…

Birincisi, dədənizin kanalı yoxdur. Bu gün ordasınız, sabah atarlar sizi bayıra. Bunu ad çəkmədən deyirəm. Rəhimin adına yozulmasın. Bəlkə özü yox, əlaltıları deyir. Mən də müğənniyə şərt qoyacam ki, ya o, kanalda (söhbət MTV Azərbaycandan gedir – red.) klipiniz getsə, mənim verilişə gəlmə. Görüm müğənnilər quru-quru sizin kanalda klipini yayımlayacaq, yoxsa, mənim verilişə gələcək? Cürətiniz, kişiliyiniz varsa, zəng edin, deyin ki, Tolik, səninlə müharibə aparıram. Müğənnilər mənə zəng edirlər ki, sənin proqrama klipimi gətirmək istəyirəm, amma MTV qadağan edir.

Əlaltılarınız var, gecələr partilər düzəldirlər. Bir-iki dəfə danışdınız haqqımda, əvvəlki Tolik deyiləm, canınızı alaram. İnsan alverinə getmirəm, pis işlərlə məşğul olmuram. Lazım gəlsə, sizdən şikayət edərəm. Rəhimin adından istifadə edib, məni onla düşmən etməyin.

Rəhimin də sözü varsa, özümə zəng vursun. Çıxıb efirdə mənə cavab verir. Mənim cavabımı verə bilməzsən”

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin