Tərkibində erməni əsilli idmançı olan Azərbaycan yığması qondarma respublikaların yarışında iştirak etdi – FOTO, VİDEO

0
1366

2019 ci il may ayinin 18-də Rusiyanın Rostov şəhərində keçirilən qılıncoynatma yarışında Azərbaycanın “Şpaka” üzrə qılıncoynatma heyəti iştirak edib.

AnTV.az xəbər verir ki, sözügedən yarışın Azərbaycan xaric bütün iştirakçı heyəti Qondarma Respublikalar olub. Həmin yarışın iştırakçı ölkələrinin siyahısını təqdim edirik:

Krim(QR)

Sevastopol(QR)

Luqansk(QR)

Şimali Osetiya(QR)

Osetiya(QR)

Azərbaycan

Yığma komandamızın həmin yarışda iştirakının rusvayçılığı azmış kimi erməni əsilli idmançı yığma komandamızın heyətində Azərbaycanı təmsil edib. Əsl adı Robert Sergeyeviç Axverdiyan olan erməni əsilli idmançı Azərbaycanın Qılıncoynatma yığmasının heyətində necə ola bilər?

Daha dəqiq desək, həmin erməni əsilli idmançı Rusiyanı təmsil edən köynək geyinsə də, Azərbaycan yığmasının heyəti ilə birlikdə təltifetmə mərasiminə çıxıb.

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiz:

Biz AnTV.az olaraq danışdıq, göstərdik, indi isə sözü Azərbaycan Qılıncoynatma Federasiyasına (AQF) veririk. Ümidvarıq ki, federasiya məsələyə aydınlıq gətirər…

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin