Tele-eksperti reanimasiyaya yerlədiriblər

0
19

Tanınmış həkim və ailə- məişət mövzularında tele-ekspert Rəşid Mahmudovun səhhətində problemlər yaranıb.
AnTv.inin xəbərinə görə, R.Mahmudov oktyabrın 16-da  qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov bir müddətdir ki, mədəaltı vəzidə yaranan xəstəlikdən əziyyət çəkir.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin