Təcridxanada Əbülfəz Sadıqova qoyulan qadağalar aradan qalxmayıb

0
55

İstintaq müddəti bitməsinə baxmayaraq Müsavat GK sədri Əbülfəz Sadıqova qoyulan kitab və görüş qadağası aradan qaldırılmayıb. 

AnTV.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında məhbusun qardaşı Vasif Sadıqbəyli məlumat verib. O açıqlamasında bildirib ki, İstintaq müddəti rəsmi şəkildə bitsə də təcridxanada qanunsuz olaraq qardaşına qoyulan qadağalar aradan qaldırılmır:

 ” İstintaq müddəti rəsmən bitdiyinə görə qanunla ona qoyulan telefon və görüş qadağalarının aradan qaldırılması ilə bağlı məktub gəlib. Buna baxmayaraq bu qadağalar aradan qaldırılmayıb. Əbülfəzlə görüşə icazə verilmir hətta 2 həftədir ki ona kitab qadağası tətbiq ediblər. Göndərdiyimiz kitabları belə geri qaytarıblar. Ona göndərdiyimiz kitablar arasında heç bir qadağan olunmuş kitablar yoxdur, qanuni satışına icazəli kitablardır.”

 

Nurlan Cəfəri

 AnTV.az

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin